• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı Ali Neft Məktəbində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın “EMCO MAIER” şirkətinin Sənaye təlimləri departamentinin satış üzrə direktoru Leopold Zerz, “HOT Engineering” şirkətinin Təlim xidmətləri üzrə meneceri Silvia Reyer, İnsburq Menecment Mərkəzinin Sahibkarlıq Məktəbinin Tədris və Tədqiqat üzrə mütəxəssisi Vladan Antonoviç, Löben Dağ-Mədən Universiteti, Tətbiqi Geologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ketrin Brügger, Vyana İqtisadiyyat Universitetinin İdarəetmə Akademiyasının Magistratura proqramları şöbəsinin müdiri Aleksandr Damev, Vyana Ali Peşə Məktəbinin Aİ layihələri üzrə koordinatoru Cohanes Vetzinger və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elizabet Brunner Sobanski, və Avstriyanın Təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Agentliyinin Beynəlxalq təhsil üzrə nümayəndəsi Dominik Freinbiçler Bakı Ali Neft Məktəbində olmuşdurlar.

Qonaqları qəbul edən rektor Elmar Qasımov bildirmişdir ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd dinamik inkişaf edən Azərbaycan dövləti və artıq bir dünya şirkətinə çevrilmiş ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, yüksəkixtisaslı kadrların hazırlanması olmuşdur. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləmişdir.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Avstriya təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulamışdır ki, Bakı Ali Neft Məktəbi Avstriyanın neft-qaz və kimya sənayəsi sahəsində fəaliyyət göstərən institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında və onların təcrübələrindən yararlanmaqda maraqlıdır. O qeyd etmişdir ki, bu məqsədlə istər Avstriya Respublikasının Azərbaycandakı Səfirliyi, istərsə də ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyi vasitəsi ilə bu istiqamətdə bir çox danışıqlar aparılır.

Görüşdə iştirak edən qonaqlar öz çıxışları zamanı qeyd etmişdirlər ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik bir ölkədir və bu gün də bu sahə inkişaf etməkdədir. Avstriyanın Avropanın neft ölkəsi hesab etdiklərini vurğulayan qonaqlar Avstriyanını şərqində böyük Neft yatağının olduğunu da bildirmişdirlər. Eyni zamanda, Kimya sənayesinin Avstriyada sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq Mərkəzi Avropanını ən böyük Kimya kompleksinin Vyanda yerləşdiyini qeyd edən qonaqlar bildirmişlər ki, hər iki dövlət neft –kimya sahəsində uğurlu təcrübələrə malikdir və bu bilik və təcrübələrdən qarşılıqlı faydalanmaq hər iki dövlət üçün olduqca əhəmiyyətlidir.

Görüş çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Avstriyanın neft –qaz və kimya mühəndisliyi ixtisasları üzrə tanınmış ali təhsil və digər təhsil və tədris mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə fəaliyyətin prespektivləri müzakirə olunmuşdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR