DSMF elektron xidmətlərdə öndədir
Bizi izləyin

Qırmızı.az

DSMF elektron xidmətlərdə öndədir

“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosoail Müdafiə Fondunun əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub.

Publika.Az-ın məlumatına görə, bu fikirlər DSMF-də keçirilən təqdimatda qeyd olunub. Bildirilib ki, fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür. Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Təqdimatla çıxış edən DSMF-nin maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu bildirib ki, elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin sspf.gov.az; www.e-sspf.gov.az saytlarında yerləşdirilib.

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir”.

R.Oruclu onu da bildirin ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm