Həmyerlimizin Niderland mediasında növbəti yazısı
Bizi izləyin

Qırmızı.az

Həmyerlimizin Niderland mediasında növbəti yazısı

Həmyerlimizin Niderland mediasında növbəti yazısı

Niderlandda yaşayan həmyerlimiz, Niderland və Beynəlxalq jurnalistlər birliyinin üzvü, Niderland Qaçqınlar idarəsində hüquq məsləhətçisi kimi çalışan Vüqar Abbasovun bu günlərdə çalışdığı idarənin jurnalında yazısı işıq üzü görüb.

BayMedia xəbər verir ki, yazıda həmyerimizin Azərbaycandan gəldiyi və hazırda Niderlandda yaşadığı qeyd olunub. Həmyerlimiz Azərbaycana universiteti bitirdiyini və Niderlanda gəldikdən sonra qaçqınlar idarəsinə necə işə düzəldiyindən söhbət açıb.

Yazar işlədiyi idarədəki insanların, ondan hüquqi məsləhət almalı olanların əksəriyyətinin köhnə sovetlər birliyindən olduğuna diqqət çəkib.

Sonda isə həmyerlimiz neftə, pula, var-dövlətə görə müharibələr etməyən bir dünya arzuladığını qeyd edib. "Mən sərhədlərsiz bir dünya arzu edirəm. Bu dünya bizim üçündür, bizim hamımız üçün" - deyə sonda həmyerlimiz qeyd edib.


Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm