
Ötən gün saat 16:50-də Bakının Suraxanı rayonu ərazisində dəhşətli hadisə baş verib.
Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Qaraçuxur qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Azad Zaman oğlu Məmmədovun meyidi asılmış halda anası tərəfindən tapılıb.
Dərhal hadisə yerinə təcili yarıdm həkimləri və hüquq-mühafizə
orqanları cəlb olunub. Araşdırmalar zamanı 13 yaşlı oğlanın intihar
etdiyi məlum olub.
Qeyd edək ki, Azad Məmmədov Qaraçuxur qəsəbəsində orta məktəbin
7-ci sinifində oxuyurdu. Hazırda intiharın səbəbləri
araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.