• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müharibə əlillərinə ev veriləcək

Müharibə əlillərinə ev veriləcək

Hazırda əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, Prezident təqaüdü alanların isə 52,2% -i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb.

Publika.Az-ın məlumatına görə, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yap.org.az – a müsahibəsində deyib.

Nazir bildirib ki, bu ilin mart ayında ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

“Prezidentinin imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə edən Sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılmışdır. Eyni zamanda, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Beləliklə, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği 67 manatdan artırılaraq 127 manata çatdırılmaqla, yaşayış minimumunun üzərinə çıxarılmışdır. Digər tərəfdən, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

Belə ki, indiyədək 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. Eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobillər verilmişdir. Cari il ərzində isə bu təbəqələrdən olan vətəndaşlar üçün Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binaları istifadəyə veriləcəkdir. Biz bu il eyni zamanda Bakının Sabunçu rayonunda Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzini, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzini istifadəyə verəcəyik”.

Nazir vurğulayıb ki, əlil olmuş şəxslərin avtomobillə təminatı üçün ötən il 5 milyon manat ayrılıb:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan beş milyon manat ayrılmışdır. Beləliklə, minik avtomobili almaq üçün növbədə olan əlillərin cari il ərzində avtomobillə tam təminatı həyata keçiriləcəkdir. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlilliyi olan şəxslərin sosial təminatının daim yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğının növbəti bariz təzahürləridir.


S.Müslümov Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanları dəstəklənməsi, onların əmək bazarına çıxışı imkanlarından da danışıb:

“Əmək Məcəlləsinə əsasən əmək münasibətlərində işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsinə əlilləri və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə orta aylıq əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər.

Məlumat üçün bildirim ki, 2009-2013-cü illərdə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən 2468 nəfər əlilliyi olan şəxslərdən 1089 nəfəri işlə təmin olunmuş, 60 nəfəri isə ödənişli ictimai işlərə göndərilmişdir. Həmin şəxslərin peşə hazırlığına cəlb olunması da diqqətdə saxlanılır. Qeyd olunan dövrdə 202 nəfər əlil insan peşə hazırlığı kurslarına cəlb olunmuşdur.

Əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlərin həvəsləndirilməsi üçün onlara müxtəlif güzəştlərin tətbiqi, əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə güzəştli kreditlərlə təmin olunması, regionlarda həmin şəxslər üçün münasib ixtisaslaşdırılmış istehsal sahələrinin yaradılması istiqamətlərində də müvafiq tədbirlər həyata keçirilir. Son 5 ildə isə 265 əlilliyi olan sahibkara 11,4 milyon manat, o cümlədən 2013-cü ildə 29 belə sahibkara 0,8 mln. manat dövlətin güzəştli kreditləri verilmişdir ki, bu kreditlər hesabına 1000-dək, o cümlədən 2013-cü ildə 100-dək yeni iş yeri yaradılmışdır”.

Nazir bildirib ki, hazırda Azərbaycanda 62 860 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq vardır. Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Təkcə son beş ildə 13074 nəfər sağlamlıq imkanları məhdud uşaq həm Respublika daxilindəki, həm də xarici ölkələrdəki reabilitasiya mərkəzlərində reabilitasiya xidməti ilə təmin olub.

Müsahibəni hada ətraflı ya.org.az ünvanında oxumaq olar

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR