Seysmoloji xidmət mərkəzində seçkilər keçirilib
Bizi izləyin

Qırmızı.az

Seysmoloji xidmət mərkəzində seçkilər keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib.

Publika.Az-ın məlumatına görə, AMEA nəzdində RSXM-in baş direktorun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev 2014-cü il üçün çöl ekspedisiyası (seysmoloji, maqnitometrik, geodinamik və geokimyəvi) işlərinin planını təqdim edib.

Daha sonra AMEA nəzdində RSXM-in Baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli və Mərkəzin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədlinin 20 mart 2014-cü il tarixli "Azərbaycan" qəzetində dərc edilmiş AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla əlaqədar olaraq "Seysmologiya" ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə namizədliklərinin irəli sürülməsi ilə bağlı Elmi-Texniki Şuranın üzvüləri arasında gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Elmi-Texniki Şura tərəfindən AMEA nəzdində RSXM-in Baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli və Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədlinin "Seysmologiya" ixtisası üzrə AMEA-nın müxbir üzvülüyünə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

İclasda həmçinin AMEA nəzdində RSXM-in Elmi-Texniki Şurasının üzvləri tərəfindən AMEA-nın akademiki adını almaq üçün AMEA Geologiya İnstitutunun Elmi Şurası tərəfindən irəli sürülmüş AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru, professor P.Məmmədovun, AMEA-nın müxbir üzvü, fizika riyaziyyat elmlər doktoru, professor H.Quliyevin və AMEA-nın müxbir üzvü adını almaq üçün geologiya-mineralogiya elmlər doktoru, professor Ç.Əliyevin, eləcə də AMEA Geologiya İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzv, geologiya-mineralogiya elmlər doktoru , professor Ə.Feyzullayevin AMEA-nın akademiki adını almaq üçün, geologiya-mineralogiya elmlər doktoru A.Muxtarovun və geologiya-mineralogiya elmlər doktoru T.N.Kəngərlinin AMEA-nın müxbir üzvülüyünə irəli sürülmüş namizədliklərinin dəstəklənməsi haqqında da qərar qəbul edilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm