Sumqayıtda yol qəzası: avtobus sürücüsü öldü, 20 nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda yol qəzası: avtobus sürücüsü öldü, 20 nəfər yaralandı

“Qəza nəticəsində bir nəfər avtobus sürücüsü dünyasını dəyişib, 20 nəfər isə yaralanıb”.

Bu barədə Publika.Az-a Sumqayıt şəhər Travmotoloji xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda həkimlər yaralıları müayinə edir.

“Yaralılar kəllə-beyin travması alıblar, sınıq, kəsiklər olub. Yaralılar əsasən orta yaşlılardır. Hazırda həkim nəzarətindədirlər. Vəziyyətləri barədə dəqiq məlumat demək çətindir”.

Gülxar

***

Bu gün Sumqayıtda baş verən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Teleqraf.com-a bildiriblər ki, Sumqayıt Texnologiyalar parkının qarşısında "Shacman" markalı yük maşını 3 saylı sərnişin avtobusu ilə toqquşub.

İlkin məlumatlara görə, bir nəfər ölüb.

Hadisə şahidlərindən Trend-ə isə bildiriblər ki, qəza nəticəsində 10-a yaxın sərnişin yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm