• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

Narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

Zaqatala polisi növbəti uğurlu əməliyyatını həyata keçirib. Rayon Polis Şöbəsinin keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Keçirilmiş əməliyyat zamanı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini 1988-ci il təvəllüdlü Sabir Bəhram oğlu Şirinov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

İstintaqa cəlb olunmuş şəxs barəsində rayon məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Həyata keçirilən uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, S.Şirinov həmin narkotik maddəni Balakən rayon, Qazma kənd sakini 1973-cü il təvəllüdlü Qarakişiyev Mayisdən alıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR