Azərbaycanlı qızdan dünyaya insanlıq mesajı - Təsirli FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı qızdan dünyaya insanlıq mesajı - Təsirli FOTO

Gördyünüz bu foto bu gün Bakıdakı restoranlardan birində çəkilib.

Gördyünüz bu foto bu gün Bakıdakı restoranlardan birində çəkilib.

Qaraçı tayfasından olan dilənçi qız uşağı və qarşısında əyləşən gözəl xanım Publika.az əməkdaşlarının diqqətindən yayınmayıb.

Öncə restoranın əməkdaşlarından nə baş verdiyini soruşduq. Məlum oldu ki, səxavətli xanım ac dilənçi uşağı yedizdirmək qərarına gəlib.

Sözügedən xanım bu haqqda danışmaq istəməsə də, “Hamımız insanıq, yaxşılıq edək” deyə bildirdi.

Xanım qaraçı qızın qarnını doyurmaqla yanaşı, bir pay yemək də paketlədib ondan bacısına göndərdi.

Oral Mədənçi

Foto: Ruslan Nəsirli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm