Qırmızı.az
Nazirliyinin Telefon Məlumat Mərkəzinə 300-dən çox müraciət
2014-cü ilin mart ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 300-dən çox müraciət edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə,
müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər,
istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik tərəfindən
göstərilən elektron xidmətlər, eləcə də nazirliyin səlahiyyətlərinə
aid olan digər məsələləri əhatə edib.
Ümumiyyətlə, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 25 minə
yaxın müraciət daxil olub.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə
cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq
qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları
tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və
müvafiq tədbirlər görülür.
Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye
Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə gəlmədən
operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin
istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat
mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə
bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı
rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz
olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz
tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ