Hacıqabulda 6 otaqlı ev yanıb
Bizi izləyin

Qırmızı.az

Hacıqabulda 6 otaqlı ev yanıb

Hacıqabul rayonunda bu gün axşam saatlarında yanğın hadisəsi baş verib.

Hacıqabul rayonunda bu gün axşam saatlarında yanğın hadisəsi baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Rəncbər kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə, evin qamışdan ibarət dam örtüyü 50 kv.m sahədə, mətbəx və hamamın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm