
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 4-9°, gündüz 12-17° isti, Bakıda gecə 7-9° isti,
gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununadək
yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış
yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman
olacaq.
Temperatur gecə 2-7°, gündüz 8-13° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 4-9°, gündüz 11-16° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə
duman olacaq.
Temperatur gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta,
gündüz 0-3° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu
qara, qara keçəcəyi gözlənilir. Dağlarda duman olacaq.
Temperatur gecə 5-8°, gündüz 10-15° isti, dağlarda gecə 4-7°,
gündüz 7-11° isti təşkil edəcək.