"Bütün əkin sahələrini əksək belə, qidaya tələbatı təmin edə bilməyəcəyik" - (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

"Bütün əkin sahələrini əksək belə, qidaya tələbatı təmin edə bilməyəcəyik" - (YENİLƏNİB)

13:01

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Baxış Əhmədov deyib ki, Kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam imzalanıb: "Ərzaq təhlükəsizliyi geniş anlayışdır təkcə qida təminatı ilə bağlı deyil. Azərbaycanın qida təminatında bir problem yoxdur, daxili və idxal hesabına mkündür. Burda balıqşılıq və meşə təsərrüfatı da rol oynayır.

Bilirsiz ki hazırda qida məhsullarına çıxış məhdud deyil, istənilən yerdə istənilən şəraitdə İqtisadi çıxış insanların gəliri ilə bağlıdır. Son illər gəlirlərin artımı insanlara daha keyfiyyətli ərzaq əldə etməyə imkan verir. 1,08 milyon əkin sahəmiz var. Hamsını əksək belə bu qidanın təmin olması demək deyil. Çünki rasion təkcə buğdadan asılı deyil. Təkcə idxal kanalını bağlamaqla risqləri aradan qaldırmaq da mümkün deyil. Bizdə kənd təsərrüfatı məhsulun təqribən 100 faizi özəl bölmə tərəfindən həyata keçirilir.

Hazırda məhsuldarlığı artırmaq baxımından tədbirlər görülür. Və hesab edirəm ki QHT lərin misiyasınnı biri də fermerləri maarifləndirməklə məşğul olmalıdır. Hökümət fermerlərin əvəzinə məhsul istehsal etmir. Mülki məcəlləyə görə koperativlərin qadağası üçün heş bir qadağa yoxdur. Dövlət tərəfindən geniş əhatəli işlər görülür",

11:11

"Ərzaq təhlükəsizliyinin mənbəyi kənd təsərrüfatıdır. Kənd təsərrüfatında isə kiçik sahibkarların kreditə çıxışı yoxdur, istehsal xidməti baha olması, əkin sahələrinin məhdudluğu da bura aiddir.

Azərbaycan yalnız tərəvəz məhsullarında ixraca yönəlikdir, qalan məhsullarda isə ölkə demək olar ki, kənardan gətirilən məhsullar hesabına təmin edilir.

Azərbaycan Qazaxıstandan buğda alan ölkələr içində 3-cüdür".

Bunu Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev deyib.

Daha sonra qeyd edilib ki, Azərbaycanda 2050-ci ildə torpaq problemi yarana bilər, yəni yararlı torpaq sahələri sıradan çıxa bilər.

***

10:53

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Oxfam GB ilə birgə aprelin 11-də Kempinsky otelində “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış” mövzusunda Konfrans keçirilir.

Konfransı giriş sözü ilə açan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev çıxışında ölkədə ərzaq təhlüksizliyinin vəziyyətinə ümumi nəzər salıb və aqrar sektorun mövcud vəziyyəti və təmsil etdiyi təşkilatın bu sahədə gördüyü işlər barədə qısaca məlumat verib.

Oxfam GB-nin proqram rəhbəri Orxan Əliyev layihə barədə geniş məlumat verdi, layihənin məqsədini, hədəflərini, nəticələrini və fəaliyyətlərini iştirakçıların diqqətinə çatdırdı.

O.Əliyev eyni Ərzaq Təhlükəsizliyi Strategiyası üzrə Əməkdaşlıq çərçivəsində dövlət qurumları ilə iş prinsipi barədə və onların layihəyə cəlb edilməsi imkanlarını qeyd etdi.

Vəfa Nağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm