Qırmızı.az
Türkiyə mediası Qəbələnin turizmindən yazdı - FOTOLAR
Türkiyənin tanınmış “sondakika.com” internet portalında Azərbaycanın gözəl yerlərindən biri olan Qəbələnin turizm imkanlarından və burada görülən işlərdən bəhs edən məqalə dərc olunub.
Publika.Az-ın məlumatına görə, “Azərbaycanın Qəbələ şəhəri turizm mərkəzinə çevrilir (Azerbaycan'ın Gebele Şehri Turizim Merkezi Oluyor)” adlı yazıda qeyd olunur ki, prezident İlham Əliyevin tapşırığı ilə Qəbələdə turizm yerlərinin yaradılması üçün çalışan fövqaladə hallar naziri Kamaləddin Heydərov bu ərazini dünya turistlərinin də diqqət mərkəzinə çevirib.
Daha sonra məqalədə qeyd olunur: “Qəbələ yerli və xarici turistlərin böyük marağına səbəb olan diyardır. Burada dağ turizmi də inkişaf etdirilir. Bundan əlavə, Qəbələdə dağ turizm idman növləri üzrə də yarışlar təşkil olunur. Qəbələdə yerləşən yeni hava limanı isə buranı cazibədar edir. İnşa olunmuş yeni binalar, salınan yeni yollar və infrastruktur, o cümlədən əyləncə mərkəzləri, 5 və 7 ulduzlu otellər turistlərə yüksək səviyyəli xidmət göstərir. Qəbələ həm də təmiz havası ilə yerli və xarici turistlərin diqqətini çəkən bir şəhərdir. Zaman-zaman burada Türk dünyası üçün də böyük əhəmiyyət daşıyan beynəlxalq iqtisadi toplantılar təşkil olunur.
Azərbaycanın turizm şəhəri hesab olunan Qəbələdə ötən il Mədəniyyət Mərkəzinin açılış mərasimində çıxış edən prezident İlham Əliyev də Qəbələnin artıq Azərbaycanın mədəniyyət və turizm mərkəzlərindən birinə çevrildiyini deyib. Azərbaycan prezidenti ölkə daxilindən və xarici ölkələrdən Qəbələyə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını söyləyib. Bu gün Qəbələdə prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqları uğurla icra olunur, rayon əhalisinin güzəranı və yaşayış səviyyəsi də artmaqdadır. Şübhəsiz ki, Qəbələ öz potensialı ilə regionun turizm mərkəzinə çevrilib”.
Vasif Həsənli
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı