• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“İblis” pyesi İstanbulda səhnələşdiriləcək

“İblis” pyesi İstanbulda səhnələşdiriləcək

Türkiyə İstanbul şəhər Bələdiyyə Teatrı növbəti mövsümdə H.Cavidin “İblis” pyesini səhnəyə qoymağı planlaşdırır.

Publika.Az-ın məlumatına görə, “İblis” pyesinin Türkiyədə səhnəyə qoyulması Hüseyn Cavidin Ev Muzeyinin H.Cavidin yaradıcılığını beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır. Qeyd edək ki, bu il həm də “İblis” faciəsinin ilk dəfə kitab şəklində nəşr olunmasından 90 il ötür. İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru olan azərbaycanlı aktrisa Məlahət Abbasovanın bu əsərin səhnəyə qoyulmasında böyük rolu var. Bu teatrda H.Cavidin yaradıcılığına ilk dəfədir ki, müraciət olunur. Ümid edirik ki, bu əsər türk tamaşaçısı tərəfindən böyük maraqla qarşılanacaq.

Qeyd edək ki, bu yaxınlarda Hüseyn Cavidin külliyyatı Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə türk dilinə tərcümə olunaraq nəşr edilmiş və həmin kitabın H.Cavidin təhsil aldığı İstanbul Universitetində təqdimatı keçirilmişdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR