• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Nazirlikdən aktyorun döyülməsi ilə bağlı AÇIQLAMA

Nazirlikdən aktyorun döyülməsi ilə bağlı AÇIQLAMA

Nəqliyyat Nazirliyi aktyor İlqar Cahangirin Bakı Şəhər Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən təhqirinə məruz qalması ilə bağlı mediada yayılan xəbərə münasibət bildirib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov AzNews.az-a açıqlamasında bildirib ki, İ. Cahangir hadisə ilə bağlı İdarəyə dəvət edilib və bu məsələ araşdırılıb. O, vurğulayıb ki, araşdırma nəticəsində bəlli olub ki, Departamentinin əməkdaşlarının işi taksi sürücüsü ilə olub. Aktyor isə bura müdaxilə edib: “İlqar Cəfərov münaqişəsi yaranan departament işçiləri və ərazi rəhbəri ilə barışdırıldı. Aktyorla özüm də şəxsən görüşdüm. Yekunda bütün narazılıqlar aradan qaldırıldı və onlar öpüşüb görüşdülər”.


Nazirlik rəsmisi əlavə edib ki, buna baxmayaraq, sürücü və aktyoru təhqir edən əməkdaşlardan izahat alınıb və bununla bağlı lazımi tədbir görüləcək: “Müfəttişlərimizi birmənalı şəkildə təlimatlandırmışıq ki, vətəndaşlarla davranış qaydalarına riayət etsinlər. Keçən ilin sonundan bu ilin ötən dövrünə qədər müddətdə davranış qaydalarını pozduğuna görə, 35 nəqliyyat müfəttişi işdən kənarlaşdırılıb”. Taksi sürücüsünün aqibətinə gəldikdə isə Əmrah Cəfərov bildirib ki, sürücü qeyri-qanuni olaraq Siyəzən-Bakı arasında taksi fəaliyyəti ilə məşğuldur: “Sürücü saxlanılaraq barəsində protokol tərtib edilib”.


Qeyd edək ki, bu gün saat 11.00 radələrində Bakı Beynəlxalq Avtovağzalında əməkdar artist İlqar Cahangir nəqliyyat departamentinin əməkdaşları tərəfindən təhqirə məruz qalıb. Aktyor bildirib ki, özünü Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən bir vətəndaşı döyməsini lentə aldığına görə hücuma məruz qalıb. Vətəndaşı döyən şəxslər onu təhqir edib, sonra isə onun telefonunu alıb yaddaş kartını çıxarıblar. İ. Cahangirin sözlərinə görə, sonra onu avtovağzalın ikinci mərtəbəsində oturan rəisin kabinetinə aparıblar. Qeyd edək ki, İlqar Cahangir hazırda “Oda” teatrında çalışır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR