Novxanı çimərliyində daha bir İYRƏNC MƏNZƏRƏ - VİDEO
Bizi izləyin

Qırmızı.az

Novxanı çimərliyində daha bir İYRƏNC MƏNZƏRƏ - VİDEO

Novxanı ərazisində yerləşən çimərliklərdən birində kanalizasiya suyunun Xəzər dənizinə birbaşa axıdılması müşahidə olunub.

Publika.az xəbər verir ki, "Report" faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edib. Müraciətdən dərhal sonra nazirlik aiddiyyəti üzrə işçilərini hadisə yerinə yönləndirib.

Araşdırmanın nəticəsi barədə report-a açıqlama verən ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları hadisənin baş verdiyi əraziyə baxış keçirib: "Əməkdaşlarımız faktı araşdırarkən Novxanı bağlar massivində formalaşan çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasını müəyyən ediblər.

Faktla bağlı "Bağlar Sukanal" İdarəsinin rəisi İlqar Abdullayev İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci madəsinə əsasən, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub. Aşkar olunmuş ekoloji pozuntunun aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli məcburi göstəriş verilib".

Qeyd edək ki, bir müddət əvvəl mediada Novxanıda analoji mənzərənin görüntüləri yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm