Bu gün 38 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün 38 dərəcə isti olacaq

]Avqustun 3-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Publika.az-a verilən məlumata görə, Abşeronda gecə 22-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Avqustun 3-də ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı bildirilir. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm