AMEA-nın 7 alimi mükafatlandırıldı
Bizi izləyin

Qırmızı.az

AMEA-nın 7 alimi mükafatlandırıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 7 alimi adlı mükafatlara layiq görülüb.

Publika.Az-ın məlumatına görə, bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək mükafatların əhəmiyyətindən danışıb və bildirib ki, onların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Aka¬demik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb. Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına mükafatla təltif olunublar. Həmçinin, akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogoya elmləri doktoru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafata layiq görülüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm