Qırmızı.az
“AzTV”dən İNANILMAZ SƏHVLƏR - VİDEO
Televiziya titrlərində mütəmadi olaraq səhvlərə rast gəlirik. Hətta bu səhvlərlə bağlı sosial şəbəkədə xüsusi səhifə də yaradılıb. Həmin səhifəyə nəzərə saldıqda, səhvlərin daha çox dövlət televiziyasında müşahidə edildiyini görürük.
Publika.az xəbər verir ki, dünən Azərbaycan Milli Kino günü ilə bağlı Azərbaycan Dövlət Televiziyasında hazırlanan süjetdə növbəti kobud səhvlərə yol verilib.
Belə ki, süjetdə Azərbaycan kinosunun əsasını Anton Mişonun
qoyduğu deyilir. Halbuki kinonun əsasını fotoqraf və nasir
Aleksandr Mişon qoyub. Kinomuzun yaranma tarixi də səhv verilib və
1898-ci il əvəzinə, 1998-ci il deyilib. (https://www.youtube.com/
watch?v=YhbkLVk38JM&feature= youtu.be)
Növbəti səhv Azərbaycan Televiziyası Nəzdində yaradılan
“Mədəniyyət” kanalında gedib. Bu dəfə səhv iyulun 31-də aktrisa
Nəcibə Məlikova haqqında hazırlanan süjetdədir. Süjetdə aktrisanın
çəkildiyi filmlərin adı sadalanır. Söhbət gəlib "Arşın mal alan"
filminə çatanda isə aktrisanın iştirak etdiyi və 1965-ci ildə
çəkilən film əvəzinə, 1945-ci ildə çəkilən filmdən kadrlar
göstərilir. Beləliklə, biz Cahan xala rolunda Nəcibə Məlikovanı
yox, Münəvvər Kələntərlini görürük (https://www.youtube.com/
watch?v=fJgOSPPSXrs&feature= youtu.be).
Həmin telekanalda növbəti səhv titrlə bağlıdır. Bəstəkar, pianoçu Ceyhun Allahverdiyevin adı “Ceyhun Allhaverdiyev” kimi yazılıb.
Qeyd edək ki, bu, telekanlada ilk səhv deyil. Səhvlərlə bağlı daha ətraflı təqdim etdiyimiz linklərdə tanış ola bilərsiniz (http://publika.az/p/144329, http://publika.az/p/141119, http://publika.az/p/139242).
Gülxar
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ