Neftçilər prospekti bağlanır
Bizi izləyin

Qırmızı.az

Neftçilər prospekti bağlanır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Publika.az-a verilən məlumata görə, bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm