• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AzMİU İngiltərənin universitetləri ilə təhsil sahəsində əməkdaşlığı genişləndirir

AzMİU İngiltərənin universitetləri ilə təhsil sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndislik sahəsində təhsil verən dövlət ali təhsil müəssisəsi kimi bu gün öz beynəlxalq əlaqələrini inkişaf etdirməkdədir. Belə ki, bu gün universitet dünya üzrə 28 ölkədən 90 universitet ilə anlaşma memorandumuna eyni zamanda müxtəlif beynəlxalq proqram və layihələr çərçivəsində əməkdaşlıq müqaviləsinə sahibdir.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, AzMİU-da təhsilin keyfiyyətini artırmaq və Avropaya daha çox inteqrasiya etmək məqsədi ilə universitetin rektoru, Millət vəkili, Prof. Gülçöhrə Məmmədova, Ekologiya mühəndisliyi kafedrasının müdiri və Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Prof. Fəqan Əliyev və Beynəlxalq proqramlar və layihələr sektorunun müdiri Arif Nəcimov İngiltərədə işgüzar səfərdə olublar. AzMİU-nun nümayəndə heyəti İngiltərənin Northampton Universitetində olub rektorlar AzMİU tərəfdən Prof. Gülçöhrə Məmmədova və Northampton Universiteti tərəfindən Prof. Nick Petford iki universitet arasında ikili magistr diplom proqramının icrası üçün əməkdaşlıq müqaviləsi imzalayıblar.Müqaviləyə əsasən gələcəkdə AzMİU-nun tələbələri “Urbanizm” və “Tullantıların menecmenti” ixtisaslarında bir il AzMİU-da, bir il isə İngiltərənin Northampton Universitetində magistr təhsili ala biləcəklər. Bu müqavilə çərçivəsində həmin universitetin elektron kitabxana resurslarından istifadə, birgə elmi-tədqiqat işlərinin aparılması, eyni zamanda tələbə-müəllim mübadiləsinin də başlanması nəzərdə tutulub.

AzMİU-nun nümayəndə heyətinin İngiltərə səfəri zamanı, həmçinin Anglia Ruskin Universitetində də olublar. Bu görüş zamanı AzMİU-nun nümayəndə heyəti Anglia Ruskin Universitetinin rəhbərliyi, eyni zamanda memarlıq, inşaat və mexanika mühəndisliyi fakültəsinin əməkdaşları ilə görüşüblər. Universitetlərarası əməkdaşlıq imkanları və birgə təhsil proqramlarının hazırlığı sahəsində müzakirələr edilıb, birgə kadr hazırlığı və elmi-təqdiqat layihələrin işlənməsi məsələləri üzrə danışıqlar da aparılıb. AzMİU tərəfdən rektor Prof. Gülçöhrə Məmmədova və Anglia Ruskin Universiteti tərəfindən beynəlxalq əlaqələr üzrə prorektor Prof. Chris Chang iki universitet arasında anlaşma memorandumu imzalanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR