Gəncədə kürəkəninin boğazını kəsən qayınata tutulub
Bizi izləyin

Qırmızı.az

Gəncədə kürəkəninin boğazını kəsən qayınata tutulub

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Ceyhun Kərimov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparı

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Ceyhun Kərimov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində baş verib. Belə ki, Gəncə şəhər sakini 44 yaşlı Ceyhun Kərimov öz kürəkəni 24 yaşlı Ağdaş rayon sakini Araz Ağayevi bıçaqlayaraq qətlə yetirib. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, qətl ailə münaqişəsi zəminində baş verib və mərhum qayınatası tərəfindən boğaz nahiyəsindən bıçaqla xəsarət alıb. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm