Qırmızı.az
Azərbaycanda bəzi yerlərə sulu qar yağacaq - HAVA
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq.
Temperaturun gecə 4-8°, gündüz 13-18° isti, Bakıda gecə 5-7°,
gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət
gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə
yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək
çaxacağı ehtimal olunur.
Temperatur gecə 7-12°, gündüz 18-23°, bəzi yerlərdə 26° isti təşkil
edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gecə
saatlarında sulu qara keçəcəyi, gündüz tədricən kəsiləcəyi
gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16° isti
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında gündüz, əsasən, yağmursuz keçəcək. Lakin
axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 17-22° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu
qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6°, gündüz 15-20° isti, dağlarda gecə 4°
şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə
yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək
çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında, əsasən, gecə və axşam yağış yağacağı
gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°,
gündüz 10-15° isti təşkil edəcək.
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia