“Səhnələşdirilmiş Məhkəmə Prosesi” keçirilib
Bizi izləyin

Qırmızı.az

“Səhnələşdirilmiş Məhkəmə Prosesi” keçirilib

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Səbayil Rayon Məhkəməsində hüquqşünas tələbələr arasında “Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsi” layihəsi keçirilib.

Layihə rəhbəri, Könül Bədəlovanın Publika.Az-a verdiyi məlumata əsasən, layihənin əsas məqsədi hüquqşünas tələbələrin ali təhsil ocaqlarında aldıqları nəzəri bilikləri rəmzi məhkəmə prosesində tətbiq edərək daha təkmil öyrənilməsinə, təcrübi biliklərə yiyənlənməsinə nail olmaq və eyni zamanda hüquqşünas tələbələrə ədalət mühakiməsi fəaliyyətinin tətbiqi ideyasını aşılamaqdan ibarətdir.

Layihə çərçivəsində tələbələr üçün öz bilik və bacarıqlarını təkmilləşdirəcək müxtəlif mövzulu təlimlər keçirilib. Bu təlim mövzuları əsasən iddia ərizəsinin yazılması, məhkəmə nitq mədəniyyəti, prosessual tərəflərin hüquq və vəzifələri, sübutların təqdim edilməsi və sübut növü kimi şahid ifadələrindən istifadə edilməsi qaydalarını ehtiva edir.

Səbayil Rayon Məhkəməsinin zalında həyata keçirilən müsabiqədə hüquqşünas tələbələr 2 nəfərlik heyətdə müxtəlif komandalarda iddiaçı, cavabdeh və onların nümayəndələri yerində çıxış ediblər. Müsabiqə iştirakçıları peşəkar ekspertlər tərəfindən hazırlanmış kazusları təhlil edərək öz rəmzi məhkəmə çıxışlarını hazırlayıb, şahidləri dindirmiş və qarşılıqlı sual-cavab və təqdim edilmiş kazus üzrə sübutlarla çıxış ediblər. Fərqlənən komanda üzvləri sertifikat və suvenirlərlə mükafatlandırılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm