• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Mən “Tapança Nazim” deyiləm” – Ziya Məmmədovun işdən çıxardığı məmur DANIŞDI

“Mən “Tapança Nazim” deyiləm” – Ziya Məmmədovun işdən çıxardığı məmur DANIŞDI

Bakı şəhər Nəqliyyat Departamentinin keçmiş rəisi Nazim Əsgərov ona “Tapança Nazim” deyilməsi və Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində yaradılan “İnterservis” Xidmət Departamentinin rəhbəri vəzifəsinə təyin olunmasına münasibət bildirib.

N.Əsgərov Publika.Az-a açıqlamasında artıq iki ildir ki, yeni vəzifəyə təyin olunduğunu söyləyib. O deyib: “Mən artıq iki ildir ki, bu vəzifəyə təyin olunmuşam. Burada da işlər plana uyğun olaraq yüksək səviyyədə həyata keçirilir.

Digər tərəfdən isə mənə “Tapança Nazim” adını kim qoyubsa, başını böyük daşa döyüb. Mənim öz adım var, ali savadlı oğlanam, 18 yaşından da istehsalatda və ayrı-ayrı vəzifələrdə çalışmışam. Mən “Tapança Nazim” deyiləm. Bunu mənim haqqımda məlumatı olmayanlar deyə bilər”.

N.Əsgərov nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin pis olması barədə mətbuatda yayılan məlumatlara da toxunub: “Mənimlə Ziya Məmmədov arasında heç bir gərginlik yoxdur. Bizim haqqımızda deyilənlər yalandır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR