Qırmızı.az
"Şahdəniz-2" layihəsi üzrə yeni iri müqavilə imzalanıb
"Şahdəniz" konsorsiumu məmnuniyyətlə elan edir ki, "Mərhələ 2" layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir.
"BP-Azərbaycan"dan Trend-ə bildiriblər ki,
planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru
payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə
"BOS Shelf LLC", "Saipem Contracting Netherlands B.V." və "Star
Gulf FZCO" şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng
Mərhələ 2 layihəsinin icrasını irəli aparan və 2018-ci ilin
sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm
müqavilələrdən biridir.
750 milyon dollar dəyərində olan bu müqavilənin iş
həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd
(biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası
daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 200
və 12 200 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000
ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı
konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı
qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin
hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı
birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000
beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin
hazırlanması daxildir.
Bu müqavilə çərçivəsində bütün tikinti və
quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti
istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata
keçiriləcək.
Bu müqavilənin imzalanması Şahdəniz
tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin
optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə
çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş
həcmi yerinə yetirilməklə təxminən 2 750 yerli işçi qüvvəsinin cəlb
olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata
keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı
gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə
regional prezidenti Qordon Birrell dedi: "Biz 'BOS Shelf', 'Saipem'
və 'Star Gulf' konsorsiumu ilə belə mühüm tikinti müqaviləsinin
imzalanmasından məmnunluq duyuruq. Azərbaycanın dünya səviyyəli
istehsalat-quraşdırma sahəsindən istifadə olunması Şahdəniz
tərəfdaşlarının yerli resursların inkişaf etdirilməsi və
gücləndirilməsinə davamlı dəstəyinin nümunəsidir. Biz həmçinin
məmnunuq ki, bu müqavilə bizim Xəzər dənizində ilk dəfə olaraq
sualtı hasilat texnologiyalarını tətbiq etmək planlarımızı
dəstəkləyir. Bu texnologiyanın Azərbaycanda istidadə olunması neft
və qaz işlənmələrində yeni imkanlar açmaqla ölkənin bu sənayedəki
texnoloji irəliləyişlərin önündə qalmasını təmin
edəcək."
Bu müqavilə Şahdəniz Mərhələ 2 layihəsi üçün dəniz
obyektlərinin - dayaq blokları, boru kəmərləri və sualtı qurğuların
- inşası, daşınması və quraşdırılması üzrə ümumi iş həcminə dair
Əsas Saziş çərçivəsində imzalanıb.
Bundan əlavə, Şahdəniz konsorsiumu həmçinin sualtı
hasilat sistemlərinin təchizatına dair müqavilə imzalayıb. Bu
müqavilənin təxmini dəyəri 394 milyon dollar təşkil edir və o, "FMC
Technologies Inc." şirkəti ilə imzalanıb. Bu müqavilə
çərçivəsindəki iş həcminə ilk iki hasilat kompleksi üçün
avadanlıqların təchizatı daxildir. Bu komplekslər sualtı
manifoldlar və onlarla bağlı idarəetmə blokları və birləşdirici
komponentlərdən ibarətdir. Bu müqavilə üzrə işlərin 2017-ci ildə
başa çatacağı gözlənilir.
Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi layihələri üzrə müqavilələrin imzalanması bu
böyük işlənmə layihəsinin çoxsaylı sahələri üzrə edilən ümumi
irəliləyişin bir hissəsi kimi davam etdiriləcək.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ