13 AVQUST
Bizi izləyin

Qırmızı.az

13 AVQUST

Publika.az 13 avqust tarixində olan yaddaqalan hadisələri təqdim edir.

2004-cü il. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə Azərbaycanın birinci xanımı, həmçinin ISESCO-nun xoşməramlı səfiri oldu.

1992-ci il. Dünyada yaşayan solaxaylar hər il avqustun bu gününü Ümumdünya Solaxaylar Günü kimi qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə təsis edilib. Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Dünyada solaxay məşhurlar da çoxdur. Buna misal olaraq, Leonardo da Vinçi, Yuli Sezar, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçill, Ronald Reyqan, Barak Obama, Bill Qeyts və başqalarını göstərmək olar.

1928-ci il. Dünyada ilk rəngli televiziya proqramı yayımlanıb. Proqramın nümayişi şotland alimi Con Berdin əsasını qoyduğu Avropa səhmdar şirkətinə məxsus radiostansiya vasitəsilə Londonda həyata keçirilib. Bununla da Berd müasir rəngli televizorların ilk modelini hazırlayıb.

1926-cı il. Kuba inqilabçısı Fidel Kastronun doğum günü (1926). O, 1959-2008-ci illərdə Kubaya rəhbərlik edib. Yarım əsrə yaxın hakimiyyəti dövründə özünün dediyinə görə, onu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. “Komendante” ləqəbli Kastro alovlu natiq kimi, həmçinin həmişə geyindiyi tünd rəngli frençlə, Stalinin qəlyanı və ya Çörçilin siqarı ilə də tarixə düşəcək. Kubalılar Kastronu həmişə bu frençdə görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm