Qırmızı.az
Falçı, yoxsa fırıldaqçı? - VİDEO
Onun yanına nəinki Ucardan, hətta ətraf rayonlardan da gələnlər var. Kənd sakinləri isə falçı qadının xüsusilə də qadınlarıaldatdığını bildirirlər.
Əlində şəfa olduğunu deyir. Övladı olmayanlara uşaq, ailə qura bilməyənlərə isə toy vəd edir. Texnologiyanın və müasir tibbin inkişaf etdiyi bir dövrdə o, falçılıqla məşğul olub insanları belə inandırır.
Məlahət Qafarova Ucarın Qaracallı kəndində yaşayır. 55 yaşlı qadın illərdir falçılıqla məşğuldur. ''Əlinin min dərdə dəva'' olduğunu iddia edən qadın ona vergi verildiyini deyir. Həyətindəki nar ağacını isə pir kimi təqdim edir.
Qadın, dırnaqarası bacarığı ilə Ucara səs salıb. Hətta qonşu rayonlardan da onun yanına gələn var. Kənd sakinlərinin əksəriyyəti isə qadının insanları aldatdığını bildirirlər. Onlar deyirlər ki, falçı xüsusi ilə də qadınları aldadır, onlara guya xoşbəxtlik bəxş edərək pullarını alır.
Məlahət Qafarova bu hərəkətlərinə görə problem yaşayıb. Rayon polis şöbəsindən verilən məlumata görə, Məlahət Qafarovanın bacısıoğlu falçılıqla insanları aldatdığına görə xalası ilə mübahisə edib və onu bıçaqlayıb. Ancaq qadının tutduğu əməllər haqqında polisə şikayət daxil olmayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilir ki, falçılar tərəfindən aldadıldığını düşünənlər mütləq hüquq-mühafizə orqanlarına müaciət etməlidirlər. (xezerxeber.com)
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR