BMAM “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını ictimai müzakirəyə çıxarıb
Bizi izləyin

Qırmızı.az

BMAM “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını ictimai müzakirəyə çıxarıb

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində ilk tədbirini keçirib.

Publika.Az- ın məlumatına görə, Yasamal rayon icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon fəalları, QHT və media rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov açıb. Layihə haqqında məlumat verən Rufiz Qonaqov bildirib ki, layihə Bakı, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edəcək. Məqəsədimiz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təbliğinin aparılması, əhalinin məlumatlandırılmasıdır: “Bu təbliğatda əsas hədəf Konsepsiyanın ictimaiyyətə çatdırılması, iqtisadi inkişafın insan kapitalına yönəldilməsinin və sosial müdafiə sistemində dövlətin həyata keçirəcəyi tədbirlərin ictimai müzakirəsinin təşkili və əhalinin maarifləndirilməsi, vətəndaş cəmiyyəti sektorunun Dövlət Proqramlarının qəbulu üçün təkliflərlə çıxış etməsinə dəstək verilməsidir”. Daha sonra Rufiz Qonaqov bildirib: “Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam işlərin daha sürətlə getməsinə və səmərəliliyinin artırılmasına zəmin yaratdı. İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strateji sənəddir. Bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. Bütün sahələrlə yanaşı insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi əhəmiyət daşıyır”

Daha sonra İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihənin eksperti Rəfail Becanov məruzə ilə çıxış edib. O, bildirib ki, bu Konsepsiyanın əhəmiyyəti olduqca böyükdür. Konsepsiya çərçivəsində böyük işlər və proqramlar həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bugünədək Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır ki, onlardan 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 5,2 faiz səviyyəsinədək azalıb”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, İnkişaf Konsepsiyasının ayrı-ayrı sahələrə təsirini vərtəndaşlarımız da hiss edir. Xüsusilə əhalinin aztəminatlı təbəqəsi bu konsepsiyanın təsirindən faydalanır. BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında İnkişaf Konsepsiyasının gənclərin inkişafına olan təsirindən danışıb. O bildirib ki, gənclərin əksəriyyəti bu gün İKT imkanlarından geniş şəkildə istifadə edir. Bu imkanların yaradılması isə birbaşa konsepsiyanın əsas müddəalarındandır.

Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxış edib. O, bildirib ki, Yasamal rayon icra hakimiyyəti İnkişaf Konsepsiyasının təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirir.

Daha sonra Demokratik Cəmiyyət və Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Mehriban Abdullayeva, Müharibə Veteranları və Qarabağ Veteranları Birliyi Yasamal şöbəsinin sədri Bəhram Şeydayev, YAP Gənclər Birliyinin fəal üzvü Gülnar Əmiraslanova, resmixəbər.az saytının rəhbəri Rəsmiyyə Vahidova və başqaları çıxış edərək, İnkişaf Konsepsiyası ilə bağlı öz fikirlərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm