Qırmızı.az
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
Ombudsmanın əməkdaşları Daxili Qoşunların Ali Hərbi Məktəbində, Hərbi Hospitalında və N saylı hərbi hissəsində görüş keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli əməkdaşları ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm olaraq davam etdirilir.
Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və İşgəncələrin qarşısının alınması şöbəsinin əməkdaşı Vüqar Heydərov Daxili Qoşunların Şəxsi heyət üzrə idarəsinin mənəvi-psixoloji hazırlıq şöbəsinin rəis müavini Yenibar Hətəmovla birgə Daxili Qoşunların "N" saylı hərbi hissəsində, Hospitalında və Ali Hərbi Məktəbində plan üzrə baxışlar keçiriblər.
Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin müəssisələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.
Hərbi hissənin, Hospitalın və Ali Hərbi Məktəbin bütün obyektlərinə baxış keçirilmiş, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib. Şəxsi heyətlə insan hüquqları, o cümlədən mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb, hərbi qulluqçuların hüquqları ilə bağlı coxsaylı sualları cavablandırılıb.
Həmin obyektlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, yaşayış şəraitinin, qidalanma vəziyyətinin və sağlamlığının təmininin normal səviyyədə təşkili müşahidə edilib.
Başçəkmə zamanı hərbi hissənin ərazisində zabitlər üçün inşa olunmuş 102 mənzilli, 12 mərtəbəli, müasir tələblərə cavab verən binada son tamamlama işlərinin aparıldığı, həmin binanın birinci mərtəbəsinin isə uşaq bağçası kimi fəaliyyət göstərəcəyi və yaxın günlərdə istifadəyə veriləcəyi məlum olub.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün adı çəkilən qurumların rəhbərliyinə müvafiq tövsiyələr verilib.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO