Zərərli vərdişlər insan ömrünü 6 il qısaldır
Bizi izləyin

Qırmızı.az

Zərərli vərdişlər insan ömrünü 6 il qısaldır

Həkimlər çoxdan həyəcan təbili çalırlar ki, siqaret çəkmək, spirtli içkilər içmək, pis qidalanmaq və hərəkətsiz həyat tərzi keçirmək sağlamlığa pis təsir göstərir. Amma indi mütəxəssislər zərərli vərdişlərlə bağlı riskləri, eləcə də hər bir zərərli vərdişin insan ömrünü nə qədər qısalda biləcəyini hesablayıblar.

Publika.az xəbər verir ki, Ottava Universitetinin (Kanada) tədqiqatçılar qrupunun qənaətinə görə, bu müddət 6 ildir. Üstəlik, siqaret çəkmək və fiziki fəaliyyətsizlik zərərli vərdişlərin ən pisidir.

Alimlərin apardığı tədqiqatın nəticələri göstərib ki, bütün ölüm hallarının 26 faizi siqaret çəkmək, 24 faizi fiziki fəaliyyətin yoxluğu, 12 faizi pis qidalanma və 0,4 faizi alkoqollu içkilərə aludə olmaqla bağlıdır.

Kişilər üçün siqaret çəkmək başlıca risk amilidir və onların ömrünü 3,1 il qısaldır. Qadınlar üçün əsas risk amili isə az hərəkətli həyat tərzidir ki, bu da onların ömründən 3 il qoparır.

Mütəxəssislər, həmçinin aşkar ediblər ki, zərərli vərdişi olanlarla müqayisədə sağlam həyat tərzi keçirən insanlar, orta hesabla, 17,9 il çox yaşayırlar.

Ekspertlərin sözlərinə görə, əldə edilən nəticələr konkret sosial-demoqrafik qrupların ömrünü müəyyən etməyə kömək edə bilər. Alimlər “Project Big Life” adlı onlayn kalkulyator yaradıblar ki, vərdiş və həyat tərzləri əsasında ömür müddətlərini hesablamaqda insanlara kömək etsinlər. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm