ADU-da YAP-ın ilk təşkilatının hesabat konfransı keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da YAP-ın ilk təşkilatının hesabat konfransı keçirilib

Aprelin 10-da Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının ilk təşkilatının hesabat konfransı keçirilib.

ADU - nun İctimaiyyətlə əlaqələr Departamentindən Publika.Az – a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş iclasda Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Azər Süleymanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin professor-müəllim, tələbə heyəti iştirak edib.

İclasda çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev iclasın ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunduğunu bildirib. O, ümummilli liderin gənclərlə bağlı siyasətindən, gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Ümummilli liderin gənclərlə bağlı siyasətinin müasirləşən gənclik üçün bir töhvə olduğunu söylədi. Prorektor Ələddin Əliyev Dillər Universitetində 360 nəfər şəxsin YAP-a üzv olduğunu xatırladıb. Ə. Əliyev iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

İclasın gündəliyinə “Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti”, “İlk təşkilatın idarə heyətinə yeni üzvlərin seçilməsi” və “Partiya üzvlüyünə qəbul” məsələləri daxil idi.

ADU YAP Gənclər Təşkilatının sədri Ziba Nəcəfova çıxışında gənclik dövrünün dövlətin var olması üçün böyük potensial olduğunu bildirib. Azərbaycan gəncliyinin amalının vətəni layiqincə təmsil etmək, dövlətin adını hər zaman yüksək tutmaq, vahid hakimiyyət ətrafında birləşmək olduğunu söyləyən Z. Nəcəfova gənclərin bu istiqamətdə sosial şəbəkələrdə də aktiv olduğunu vurğulayıb. O, harada yaşamağından və təhsil almağından asılı olmayaraq gəncliyin Azərbaycan keçmişinin qoruyucusu, gələcəyinin isə qurucusu olmasını unutmamalı olduğunu bildirib.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov iclasda toxunulan məsələni çox vacib hesab etdiyni bildirib. O, dövlət tərəfindən gənclərə hər zaman önəm verildiyini vurğulayıb. Müasir Azərbaycan Gəncliyinin savadlı yetişdiyini bildirən prorektor universitetin də gəncləri daim önə çəkdiyini diqqətə çatdırdı. Gəncliyə inandığını dilə gətirən D. Yunusov onlara uğurlar arzulayıb.

Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev çıxış edərək Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin yürütdüyü gənclər siyasəti nəticəsində yaradılmış Gənclər Təşkilatlarından bəhs edib və həmin təşkilatlarda universitetin istər məzunları, istərsə də təhsil alan tələbələrinin hər zaman fəallıqları ilə seçildiklərini vurğulayıb. Heydər Əliyev siyasəti nəticəsində hüquqi bazanın formalaşdırılmasına uyğun olaraq Gənclər və İdman Nazirliyinin yaradıldığını bildirdi və bu islahat nəticəsində gənclərin inkişafı naminə müxtəlif proqramların tətbiq olunduğunu xatırladıb. O, bildirib ki, gənclər siyasətinin uğurlu davamcısı Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", 2007-ci ilin "Gənclər ili" elan edilməsi haqqında sərəncam, “Azərbaycan 2020: Gələcəyə baxış” və bu kimi digər görülən tədbirlər gənclərə olunan qayğıdan xəbər verir.

İclasda daha sonra universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev, Xarici dillər kafedrasının müəllimi Sevda Abuzərli, Pedaqoji fakültədə təhsil alan Gülnar Xəlilova və Nərgiz Məmmədova da öz növbələrində ümummilli lider Heydər Əliyevin gənclər siyatəsindən danışıblar.

İclasın davamında gündəliyin növbəti məsələlərinə toxunularaq ilk təşkilatın idarə heyətinə seçimlər keçirilib. Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Xarici dillər kafedrasının müəllimi Anar Rəhimov və Qrammatika kafedrasının müdiri, dosent Leyla Cəfərovanın namizədliyi irəli sürülərək səsə qoyuldu və səsvermə nəticəsində təsdiq olunub.

Sonda Partiya üzvlüyünə qəbul olmaq istəyən 37 nəfər partiya sıralarına daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm