Lənkəranski sonuncu deyil: killerlər sifariş alıblar
Bizi izləyin

Qırmızı.az

Lənkəranski sonuncu deyil: killerlər sifariş alıblar

İstanbulda güllələnən Rövşən Caniyevdən (Lənkəranski) başqa, killerlər daha bir neçə "qanuni oğru"nu öldürmək üçün ova başlayıblar.

Bu barədə "Rosbalt"a vəziyyətlə tanış olan mənbə məlumat verib. Mənbə bildirir ki, Rövşənin öldürülməsi ilə "kriminal savaş" bitməyəcək.

"Killerlər Rövşənin daxil olduğu "qanuni oğru"lar klanının bütün qrup üzvlərinin təmizlənməsi haqda sifariş alıblar. Onlar arasında Antalyada yaşayan Merab Canqveladze də var. Killerlər artıq onun arxasınca düşüblər. Bundan əlavə, Cemal Mikeladzeni (o, hal-hazırda Rusiyadan İtaliyaya ekstradisiyasını gözləyir) həbsxanada çıxan kimi güllələyəcəklər", - mənbə belə deyib. (avropa.info)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm