• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Gəncədə vurulan piyadaların kimliyi bilindi - YENİLƏNİB

Gəncədə vurulan piyadaların kimliyi bilindi - YENİLƏNİB

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gəncənin "Nizami sovxozu" deyilən ərazisində avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Piyadalardan biri hadisə yerində ölüb, digəri ağir vəziyyətdə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına aparılıb.

İlkin məlumata görə, sürücu yaralıları xəstəxanaya çatdırandan sonra qaçıb. Gəncə polisi hadisə ilə bağlı istintaqa başlayıb.

Hadisəni törədən avtomobil və sürücü axtarılır.

Ölən və yaralananın kimliyi haqda məlumat verilmir.

YENİLƏNİB

Vurulan piyadaların 29 yaşlı Emin Rüstəmov və 29 yaşlı Mehdi Cəfərovdur. Hadisə zamanı Emin Rüstəmov yerindəcə ölüb, Mehdi Cəfərov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu deyilir.

Hadisəni isə “Mercedes Vito” markalı avtomobilin sürücüsü Fehruz Əsgərov törədib. /Anspress/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR