Tanınmış jurnalist vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Tanınmış jurnalist vəfat etdi

Elşad Ümid bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq

Azərbaycanın tanınmış jurnalisti, “Reytinq” qəzetinin əməkdaşı Elşad Ümid vəfat edib.

AzNews.az xəbər verir ki, o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Mərhumun qardaşının verdiyi məlumata görə, jurnalist bir çox xəstəliklərdən əziyyət çəkib: “Son iki həftədə Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Son vaxtlar ürəyinə su gəlmişdi. Həkimlər müalicə etməyə çalışsalar da dünən gecə Elşadı həyata qaytara bilmədilər”.

Elşad Ümid bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Allah Rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm