Qırmızı.az
Prokuror Əli İnsanovun yeni cinayətlərindən danışdı
Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Əli İnsanov barəsində cinayət işinin başlanması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb.
Qaradağ rayon prokuroru Natiq Abdullayev APA-ya açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən daxil olmuş məlumata görə, 23 avqust 2016-cı il tarixdə Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarına riayət olunması ilə bağlı müvafiq, həmçinin baxış tədbirləri keçirilərkən bir sıra məhkumlarda qanunsuz əşyalar, o cümlədən Ə. İnsanovda şübhəli dərman preparatları aşkar olunub.
"Burada söhbət psixotrop maddə hesab edilən, tərkibində "Diazepamın" təsiredici maddəsi olan külli miqdarda dərman həblərindən, həmçinin cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi olan "Tramadol" dərman kapsullarından gedir.
Məlumatda həmçinin qeyd olunurdu ki, faktla bağlı Xidmətin əməkdaşları tərəfindən protokol tərtib edilərkən Ə. İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
Bununla əlaqədar rayon prokurorluğu tərəfindən ilkin yoxlama aparılıb və faktla bağlı başlanmış cinayət işi üzrə Ə. İnsanova Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə), 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham elan olunub.
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir", - deyə prokuror bildirib.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər