• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Həyata Gülümsə” foto sərgisi keçirilib

“Həyata Gülümsə” foto sərgisi keçirilib

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqları (ATGTİ) nın təşkilati dəstəyi ilə “İçəri Şəhər Arxeoloji Abidələr parkı”ında “Həyata Gülümsə” foto müsabiqəsi çərçivəsində sərgi keçirilib.

Publika.Az-ın məlumatına görə, sərginin həyata keçirilməsində əsas məqsəd cəmiyyətimizə pozitiv enerji bəxş etmək, kreativ gənc fotoqrafları üzə çıxarmaqdır.

Foto müsabiqədə iştirak etmək istəyənlər özlərinin çəkdiyi yüksək keyfiyyətli pozitiv şəkillərini müsabiqəyə göndəriblər. Müsabiqəyə göndərilmiş 200-ə qədər fotodan 80-dən çoxu seçilərək sərgiyə buraxılıb.

Nəzərinizə çatdıraq ki, foto sərgidə iştirak edəcək şəkillər kreativliyinə və orjinallığına görə seçilib. Layihədə 1-ci yerin qalibi Azər Allahverdiyev müvafiq olaraq 2 və 3-cü yerlərin qalibləri isə Ehtiram Cəbiyev və Nicat Etibar olublar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR