• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

QHT-lərin büdcə idarəsi üzrə təlim keçirilib

QHT-lərin büdcə idarəsi üzrə təlim keçirilib

“QHT-lərin İDarəetmə Akademiyası”nın (QİDA) Yaz Sessiyası çərçivəsində “Maliyyə Planlaması və Büdcələşmə” istiqaməti üzrə kurs başa çatıb.

Publika.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “QİDA” Yaz sessiyası kursları ilkin olaraq “Maliyyə Planlaması və Büdcələşmə” və “Layihənin yazılması mexanizmləri” mövzularını əhatə edib.

“Maliyyə Planlaması və Büdcələşmə” üzrə kurs ARGTMŞ ofisində həyata keçirilmiş, 12 nəfər gənclər təşkilatlarının rəhbər və işçi heyəti dinləyici qismində iştirak edib. Təlim prosesində düzgün və effektiv maliyyə planları tərtib edilib, büdcənin növləri və səmərəli büdcələşdirmə sisteminin qurulması öyrədilib, istifadəyə hazır büdcə forması tərtib olunub və iştirakçılar təcrübi bacarıqlara yiyələnib. Sonda iştirakçılar şəhadətnamələrlə təltif olunub.

Xatırladaq ki, Akademiyanın kursları 4 tədris bloku üzrə təyin olunaraq, hər bir bloku auditoriya fərqini nəzərə alaraq aşağıdakı təlim modullarına bölünüb:

“QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”),

“Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”),

“Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personnel & Professional Capacity building School”)

“Seçmə Kursları” (“Electives”)

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “QHT-lərin İDarəetmə Akademiyası” QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq məqsədilə həyata keçirilir. QİDA Akademiyasının əsas məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR