FHN 25 nömrəli məktəbdə tədbir keçirib
Bizi izləyin

Qırmızı.az

FHN 25 nömrəli məktəbdə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 25 №-li tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, şəhər Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

FHN Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Təhsil şöbəsinin şəhərin təhsil müəssisələrində birgə təşkil etdiyi silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirin nəzəri hissəsində mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112" zəng mərkəzi təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edib.

Daha sonra “Dəm qazından ehtiyatlı olun”mövzusunda Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx və nazirliyin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur. Məktəblilərin hazırladıqları bədii hissələr nümayiş etdirilib, vətənpərvərlik ruhunda şerlər söylənilib. Həmçinin, tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikalarına baxış keçirilib, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm