Qırmızı.az
Azərbaycanlı politoloq Dağıstanlı ekspertin cavabını verdi
“Bu adamın dedikləri başdan ayağa sərsəmləmədir. Mən ümumiyyətlə sərsəm fikirlərə münasibət bildirməyin tərəfdarı deyiləm”
Bu sözləri Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü,
politoloq Vüqar Abbasov Dağıstanlı politoloq Xancan Qurbanovun
Azərbaycanın federasiya çevrilməsi və ölkəmizin əleyhinə
səsləndirdiyi sərsəm fikirləri ilə bağlı sualımızı şərh edərkən
belə deyib.
“Ancaq soruşduğunuz üçün deyim ki, Azərbaycanda yerli xalqların
narazı olduğunu iddia etmək gülünc səslənir. Təbii ki,
seperatçılar, ara qızışdırmaq istəyənlər var. Ancaq Azərbaycandakı
xalqlar fərq qoymadan bir-biri ilə qohum olublar və ölkəmizin belə
bir problemlə rastlaşacağına inanmıram. Baxmayaraq ki, bir neçə il
öncə buna cəhd olunmuşdu. Unutmayaq ki, o zamanın Azərbaycanı ilə
indikinin arasında fərq yetərincə aydın görsənməkdədir.
Azərbaycanında yaşayan heç bir xalqın Rusiyaya müraciət
edəcəyini də düşünmürəm.
Rusiya ərazisində yaşayan xalqların problemini həll edib, qalıb
Azərbaycandakı xalqlar? Düşmənçiliyə gəlincə, düşünmürəm ki,
Azərbaycan hansısa dövləti özünə düşmən bilə, əgər həmən dövlət
özünü ölkəmizə dost sayırsa.
Mən təbii ki, rəsmi dövlət adamı deyiləm və dövlətin adından danışmaq kimi bir səlahiyyətim yoxdur. Ancaq düşünürəm ki, Azərbaycan ona dost kimi yanaşanlara dost, düşmən kimi yanaşanlara da düşmən münasibəti göstərməlidir və göstərir də”.
Elnur Eltürk
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ