Bakıda qeyri-adi toy - Foto
Bizi izləyin

Qırmızı.az

Bakıda qeyri-adi toy - Foto

Bakıda qeyri-adi toy - Foto

Bakıda qeyri-adi toy olub. Əslində toy məclisin sıradan düzənlənib, amma bəy və gəlin kürsüsündə əyləşənlər sıradan olmayıblar.

Bəy kürsüsündə fiziki məhudiyyəti olan Əli Qasımov, gəlin kürsüsündə isə təmamilə sağlam, üstəlik də gözəl-göyçək Aynurə oturub. Bu isə o deməkdir ki, bu toydan sonra gəlin ömrünün sonuna qədər ərini əlləri üstündə daşıyacaq. Həm də sözün əsl mənasında.

Aynurənin ilk evliliyi alınmayıb. Əli isə I qrup əlil olsa da 42 yaşında həyat onun üzünə gülüb. Aynurə ilə tanışlıq və sevgi ona yeni həyat bəxş edib. Sağlamlıq məhdudiyyətli Əli bundan sonra Aynurənin əlləri və ayaqları ilə yaşayacaq.

Aynurə öz xoşu ilə Əlini özünə həyat yoldaşı seçdiyini deyir: "Vaxtilə ailə qursam da, bəxtim qara gətirmişdi. Bir də ayılıb gördüm ki, mənim ailəlik həyatımdan qazandığım yeganə şey-uşaqlarımdır. Ancaq qadın taleyim isə Əlinin cismi kimi şikəstdir. Onun cismən, özümün isə ruhən şikəst olmuş bir insan bilib taleyimizdəki doğmalığı boynuma aldım. Kim nə deyir desin, ər tapdağı altında əzilən qadın ruhən şikəst olmuş bir qadındır. Əli ilə dini nigahımız da tariximizin faciəvi təqvim günündə - Xocalı faciəsi günündə baş tutub. Toyumuzu Əlinin hacı dostları etmək istədi. Biz də etiraz etmədik. Bəli, bizim ikimizin də taleyində faciə öz qılıncını sıyırsa da, biz talelərimizi birləşdirməklə faciəni dəf etmək arzusundayıq".

"Axı toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı" deyib böyük şairimiz. Bizim bir-birimizə ehtiyacımız var. Əli yeyə bilmir, bir uşaq kimi ona çörəyi də öz əllərimlə yedizdirirəm. Mənim də onun məhəbbət dolu baxışlarına ehtiyacım var" (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm