• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İTV-dən Hesablama Palatasının hesabatına reaksiya

İTV-dən Hesablama Palatasının hesabatına reaksiya

İctimai Televiziya və Radio Yayımları Şirkəti Hesablama Palatasının televiziyada apardığı yoxlamaların nəticələrinə münasibət bildirmək istəməyib.


Telekanal sözçüsünün AzVision.az-a verdiyi məlumata görə,Hesablama Palatasının verdiyi məlumat kifayət edər: “Hesablama Palatası öz məlumatını verib. Mən başqa nə deyim ki”.


İTV-də köhnə kadrların işdən çıxarılmasına gəlincə,telekanal sözçüsü qeyd edib ki, hazırda kadr dəyişiklikləri həyata keçirilmir: “İşçilərin çıxarılması barədə məlumatlar çoxdan yayılıb. Onlar öz ərizələri ilə işdən çıxıblar. Hazırda isə heç bir kadr dəyişikliyi aparılmır”.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin fəaliyyətində bəzi maliyyə nöqsanları, qanunsuz vəsait xərclənməsi faktı aşkarlayıb.

Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Xatırladaq ki, bu araşdırma sabiq İTV direktoru İsmayıl Ömərovun direktor olduğu dövrü əhatə edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR