"NATO-nun Qarabağ danışıqlarından xəbəri var" - Araz Әzimov
Bizi izləyin

Qırmızı.az

"NATO-nun Qarabağ danışıqlarından xəbəri var" - Araz Әzimov

"NATO-nun Qarabağ danışıqlarından xəbəri var" - Araz Әzimov

"Biz təcrübələri yaşayıb, çağırışlara cavab verərək hərəkət edirik”. Publika.Az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov “Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsində NATO-nun mövqeyi” məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, NATO-nun bu məsələlərdən xəbəri var. A.Әzimov deyib: “Lakin müxtəlif səbəblərə görə, hansısa məsələlərdə bilavasitə iştirak və töhvə vermək üçün imkanlar məhduddur.

Eyni zamanda NATO siyasi və ən yüksək səviyyədə dəfələrlə öz sammitlərində mövqeyini dəyişmədən Azərbaycanın və məntəqədəki digər ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyərək, münaqişələrin məhz bu prinsiplər əsasında həllinə tərəfdar çıxdığını bildirir.

Təbii ki, bu da öz-özünə siyasi bir töhvədir. NATO bilavasitə müzakirələrdə iştirak etmir. Lakin bu prinsiplərə dəstək verməsi çox önəmli bir faktordur. Əlbəttə ki, biz NATO ilə müzakirələri geniş coğrafi və konseptual çərçivədə aparırıq.

Beləcə, bütün avro-Atlantika təhlükəsizliyində təsir edən bilən faktorlar, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsi müzakirə edilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm