Qırmızı.az
Azərbaycanın kəndlərində ana ölümlərinin sayı artıb
Ötən il əvvəlki illərlə müqayisədə doğuşun və hamiləliyin ağırlaşması nəticəsində baş verən zahı və hamilə ölümləri şəhər yerlərində 63,4 faiz azalıb, kənd yerlərində isə 48,7 faiz artıb.
Publika.az xəbər verir ki, ümumillikdə ana ölümləri 2014-cü illə müqayisədə 1,4 faiz azalıb.
Ötən il hər 100 000 nəfər diri doğulana 14,4 nəfər ana ölümü düşüb ki, onlardan 4,9 nəfəri şəhər, 23,5-i kənd yerlərində baş verib. 2010-cu ildə bu göstərici 15,7 nəfər olub ki, onun 19,6-sı şəhər, 11,9-u kənd yerlərində baş verib.
Ötən il hər diri doğulan 1000 körpədən 1 yaşına qədər ölənlər arasında şəhərlərdə oğlanlar, kəndlərdə qızlar üstünlük təşkil edib. Ümumillikdə ötən il 1 yaşına qədər doğulanlar arasında ölənlərin 9,5 nəfəri qız, 12,2-si oğlan olub.
Şəhərlərdə ölən körpələrdən qızlar 14,8, oğlanlar 20,8, kənd yerlərində qızlar 4,5, oğlanlar 4,3 nəfər olub. (Report)
-
Sağlamlıq20:36
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?