• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Türkiyə səfiri qondarma erməni soyqırımından DANIŞDI

Türkiyə səfiri qondarma erməni soyqırımından DANIŞDI

"Qondarma erməni soyqırımı ilə bağlı qəbul olunan qərarlar siyasi ola bilməz".

Publika.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma erməni soyqırımı haqda qətnamə layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Səfir bildirib ki, Türkiyə məlum qərarla bağlı müəyyən addımlar atacaq. Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımı haqda qətnamə layihəsini qəbul edib.

Qətnamə layihəsinin lehinə 12, əleyhinə isə 5 nəfər səs verib. Sənəddə ABŞ-ın xarici siyasət kursunda “erməni genosidi”nə uyğun siyasət aparılmasına çağırış edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR