"Qafqaz" Universiteti tam bağlanır (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

"Qafqaz" Universiteti tam bağlanır (YENİLƏNİB)

Qafqaz Universitetinin prorektoru Natiq Paşayev yaxın günlərdə universitetin tam bağlanılacağı barədə yayılan məlumatlara münasibət bildirməkdən imtina edib.

N.Paşayev Publika.az-a açıqlamasında yayılan məlumatlardan xəbərdar olduğunu bildirib: “Bu barədə məlumatı mətbuatda gördüm, ancaq bu məsələyə münasibət bildirmək istəmirəm. Bilirsiniz ki, bizim universitetə hazırda Elmar Qasımov rəhbərlik edir. Bu məsələ ilə bağlı mətbuata da yalnız Elmar müəllim özü açıqlama verə bilər. Bu məsələ yalnız onun səlahiyyətinə aiddir”.

***

Yaxın günlərdə Azərbaycan hökuməti bu ilin 20 iyulundan etibarən Bakı Ali Neft Məktəbinin (BANM) müvəqqəti idarəçiliyinə verilmiş Qafqaz Universitetiylə bağlı son qərarını elan edəcək.

Təhsil Nazirliyinə yaxın mənbələr xəbər verir ki, Qafqaz Universitetinin verildiyi SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sentyabrın 15-dək növbətisi toplantısı keçiriləcək və həmin toplantının qərarı ilə də Qafqaz Universitetinin rəsmən bağlandığı elan ediləcək. Universitetin 5 min nəfərə çatan tələbə heyətinin isə yeni yaradılacaq başqa bir ali məktəbdə təhsillərini davam etdirəcəkləri gözlənilir.

Mənbə yeni universitetin hansı ad altında fəaliyyət göstərəcəyi və rektorunun kim olacağı haqda hər hansı məlumat verməyib. (strateq.az)

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm