YAP "Ərzaq təhlükəsiziliyi: reallıqlar və perspektivlər” mövzusunda toplantı keçirdi
Bizi izləyin

Qırmızı.az

YAP "Ərzaq təhlükəsiziliyi: reallıqlar və perspektivlər” mövzusunda toplantı keçirdi

YAP "Ərzaq təhlükəsizili: reallıqlar və perspektivlər” mövzusunda toplantı keçirdi

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) iqtisadi məsələlər komissiyasının “Ərzaq təhlükəsiziliyi: reallıqlar və perspektivlər” mövzusunda iclası keçirilib.

Publika.Az-ın məlumatına görə, iclası giriş sözü ilə açan YAP iqtisadi məsələlər komissiyasının sədri, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komissiyasının məqsədləri, ölkədə həyata keçirilər aqrar islahatlar barədə danışıb.

E.İbrahimov qeyd edib ki, komissiyanın 2014-cü il üçün təsdiq etdiyi iş planında əsas məsələ ərzaq təhlükəsizliyidir. E.İbrahimov bildirib ki, qeyri-neft sektorunun ən proritet sahələrindən biri aqrar sahədir: “Aqrar sahənin ən prioritet mövzusu məhz ərazaq təhlükəsizliyidir.

Azərbaycanda aqrar sahədə islahatlar hələ 1992-ci ildə ümummilli lider Heydər Əliyev Naxçıvanda olarkən başladı. Daha sonra savxoz və kolxozlar ləğv edildi və aqrar islahatlar haqqında qanun qəbul edildi”.

1996-cı ildə “Torpaq islahatları haqqında” qanunun qəbul edilməsini xatırladan E.İbrahimov həmin dövrdə aparılan islahatların bu günki nəticələri barədə danışıb: “Bu qanun çox uğurla həyata keçirildi və qanunun qəbul edilməsindən sonra Azərbaycanın bütün regionlarında torpalqlar xüsusi mülkiyətə verildi və bu gün də ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı məsullarının istehsalının 97-98 faizi məhz xüsusi mülkiyyət hesabına ödənilir”.

E.İbrahimov vurğulayıb ki, bu gün ölkədə ərzaq təhlükəsiziyinin təmin edilməsi ilə bağlı böyük işlər gedir: “Ərzaq təhlükəsizliyi ilə əlaqədar olaraq hələ 2001-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən ərazaq təhlükəsizliyi ilə əlaqədar dövlət proqramı təsdiq olundu və bu dövlət proqramı çox uğurla həyata keçirildi və 2008-ci ildə isə cənab Prezident İlham Əliyevin qərarı ilə ərazaq təhlükəsizliyi ilə əlaqədar olaraq ikinci dövlət proqramı qəbul olundu”.

E.İbrahimov əlavə edib ki, 2008-2015-ci illəri əhatə edən bu dövlət proqramında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məsələr öz əksini tapıb və qarşıya qoyulan vəzifələr uğurla icra edilməkdədir: “Proqramda nəzərdə tutulan kənd təsərrüfatı məhsulların istehsalı nəzərdə tutulan rəqəmlərdən də artıq yerinə yetiriləcək”.

Daha sonra çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov müstəqillik illərində Azərbaycanda həyata keçirilən aqrar və trpaq islahatları barədə, bu sahədə Azərbaycanda tətbiq edilən yeni texnologiyalar barəsində məlumat verib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev də ötən illər ərzində kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barəsində danışıb. İ.Quliyev qeyd edib ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq Azərbaycan strateji ərzaq məhsullar ilə özünü təmin edə bilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm