Sınaq imtahanında 8 mindən çox abituriyent iştirak edəcək
Bizi izləyin

Qırmızı.az

Sınaq imtahanında 8 mindən çox abituriyent iştirak edəcək

Aprelin 13-də növbəti sınaq imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmış və 8283 abituriyent qeydiyyatdan keçib. Qeyd edək ki, bu sınaq imtahanında abituriyentlərə təqdim olunacaq test tapşırığı nümunələri aprelin 6-da keçirilmiş sınaq imtahanının təkrarıdır.

İmtahanlar Bakı, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 14 binada təşkil olunacaq.

İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm