Adnan Oktar Azərbaycanda açılan televiziyadan DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Adnan Oktar Azərbaycanda açılan televiziyadan DANIŞDI - ÖZƏL

Adnan Oktar Azərbaycanda açılan televiziyadan DANIŞDI - ÖZƏL

Türkiyədə “Harun Yahya” adı ilə tanınan qalmaqallı təriqət lideri və yazıçı Adnan Oktar Azərbaycanda telekanal açması məsələsinə münasibət bildirib.

A.Oktar Publika.Az-a açıqlamasında deyib: “Mənim Azərbaycanda televiziya açmağımla bağlı xəbərlər doğru deyil. Bizim Azərbaycanda könüllü dostlarımız var. Onların sayı olduqca çoxdur. Onların yaratdığı bir televiziya var. Ancaq bu televiziya yeni deyil, daha öncə də var idi”.

Xatırladaq ki, dini icma rəhbəri və müstəqil araşdırmaçı olan Adnan Oktar "Texniki və Elmi Araşdırma" və "Milli Dəyərlərin Mühafizəsi" Vəqfinin qurucusu və fəxri sədridir.

Onun Azərbaycanda yeni televiziya açması barədə son günlər mətbuatda məlumatlar yayılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm